BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

14/09/2026

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin 7 tələbəsi Çin Xalq Respublikasının Anhui Universiteti ilə “Filologiya” (Çin dili və ədəbiyyatı) ixtisası üzrə ikili diplom proqramı çərçivəsində təhsilini Çində davam etdirəcək. Bu məqsədlə Şərqşünaslıq fakültəsinin “Filologiya” (Çin dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələri Ayan Əskərli, Alsu Fərziyeva, Sara Babazadə, Ömər Məmmədov, Xədicə Namazova, Kristina Rojkova, Ayan Quliyeva Anhui Universitetinə yola salınıb.

Qeyd edək ki, BDU ilə Çinin Anhui Universiteti arasında 2023-cü ildə “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə bakalavriat səviyyəsində birgə ikili diplom proqramı imzalanıb. Artıq ikinci ildir ki, Şərqşünaslıq fakültəsinin tələbələrinin novbəti qrupu bu proqram üzrə iştirak edir.

İkili diplom proqramının həyata keçirilməsi ali təhsilin məzmununun təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, tələbələrin beynəlxalq təcrübəsinin artırılması və müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Proqramı uğurla başa vuran tələbələrə hər iki universitetin diplomu veriləcək.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026