BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

21/02/2025

Bakı Dövlət Universitetinin (BDU) “Hüquq” ixtisası üzrə təhsil alan tələbələri Nurtac Xəlilova, Aysel Allahverdiyeva, “Kimya mühəndisliyi” ixtisasının tələbələri Fidan Mahmudova, Səidə Axundlu, Nübar Mustafayeva, Ülkər Mirzəzadə və “Geologiya və geofizika mühəndisliyi” ixtisasının tələbəsi Fidan Əliyeva SOCAR-ın təşkil etdiyi “Gənc İstedadlar Proqramı”nın seçim mərhələlərini uğurla tamamlayaraq, proqramda iştirak hüququ qazanıb.

Təcrübə müddətində tələbələr SOCAR-ın strukturuna daxil olan müəssisələrdə istehsalat təcrübəsinə cəlb olunacaqlar.

Proqram 5 ay ərzində gənclərə SOCAR-da istehsalat təcrübəsində, ixtisas biliklərinin və səriştələrinin inkişafı üçün təşkil olunan təlimlərdə iştiak etmək, müəyyən edilmiş təqaüddən yararlanmaq imkanı verir. Proqramın sonunda öz bilik və bacarıqları ilə seçilən peşəkar və perspektivli gənclər işlə təmin olunma imkanı əldə edirlər.

SOCAR-ın “Gənc İstedadlar Proqramı” Azərbaycan Respublikasının və xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşı olan, öyrənməyə həvəsli, şəxsi inkişafı, peşəkar vərdişləri və praktiki biliklərini artırmağa maraqlı olan, təşəbbüskar, komandada işləməyi bacaran, ixtisasını sevən və yüksək ixtisas biliklərinə sahib gənclərin inkişafına dəstək olmaq məqsədilə həyata keçirilir.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026