BDU-nun üç tələbəsi “AzerGold”un tələbələr üçün elan etdiyi 4-cü təqaüd proqramının qalibi olub

27/02/2025

Bakı Dövlət Universitetinin (BDU) 3 tələbəsi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali və peşə təhsili müəssisələrinin tələbələri üçün elan edilən 4-cü təqaüd proqramının qalibi olub.

Bunlar BDU-nun Geologiya fakültəsinin “Geologiya və geofizika mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri Tural Murtuzov və Emin Zeynallı, Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekologiya” ixtisası üzrə IV kurs tələbəsi Günel Hacəliyevadır. Hər üç tələbə dövlət sifarişi əsasında təhsil alır.

“AzerGold” təqaüd proqramı peşə təhsilinin inkişafına töhfə vermək, müvafiq istiqamət üzrə ixtisaslı mütəxəssislər yetişdirmək və onların əmək bazarına uyğunlaşmasına dəstək olmaq məqsədi daşıyır. Sözügedən təqaüd proqramı 2021-ci ildən təsis edilib. 2024/2025-ci tədris ili üzrə 10 universitet və 2 peşə təhsili müəssisəsinin tələbəsi bu təqaüdə layiq görülüb. Bu günədək ümumilikdə ali təhsil üzrə 38, peşə təhsili üzrə isə 37 tələbə proqram çərçivəsində qalib olub və QSC-də istehsalat təcrübəsinə cəlb edilib.

Tələbələrimizi təbrik edir, uğurlarının davamını arzulayırıq!

Xəbərlər

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib

BDU Tərtərdəki bir sıra ümumtəhsil müəssisələrinin kitabxanalarına kitablar hədiyyə edib
14/02/2026

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb

“Gənc istedadlar” liseyinin şagirdlərinin BDU-nun elmi-tədqiqat və sosial mühiti ilə tanışlığı uğurla yekunlaşıb
13/02/2026

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
13/02/2026