BDU-nun “Acta Botanica Caucasica” jurnalı daha bir nüfuzlu bazaya daxil edilib

23/09/2024

Bakı Dövlət Universitetinin (BDU) təsis etdiyi “Acta Botanica Caucasica” jurnalı beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil edilməsi istiqamətində son dövrlərdə əhəmiyyətli uğurlar əldə edib. Bu günlərdə “Acta Botanica Caucasica” jurnalı müvafiq meyarlarla qiymətləndirmə proseslərindən uğurla keçərək, “ICI Journals Master List” (İndex Copernicus İnternational - https://journals.indexcopernicus.com/) bazasında indekslənib. Qeyd edək ki, nəşr “AGRIS” (International System for Agricultural Science and Technology) beynəlxalq bazasına və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmlər sahəsində dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir. Eyni zamanda nəşr edilən bütün məqalər DOI (digital object identifier) - rəqəmsal identifikatorlarla nişanələnir.

Hər il müntəzəm olaraq 4 nömrəsi dərc edilən jurnalın elektron saytı (https://www.botanic.az/) həm struktur, həm də məzmun baxımından təkmilləşdirilib, arxiv bazası genişləndirilib.

“Acta Botanica Caucasica” beynəlxalq elmi araşdırmalar jurnalı məzmununa görə elmi-tədqiqat nəşridir. Jurnal orijinal eksperimental məlumatlar və ya mövcud nəticələrin yeni şərhləri ilə elmi məqalələr dərc edir. Jurnalda fundamental və tətbiqi botanikanın anatomiya, morfologiya, fitosenologiya, floristika, sistematika, geobotanika, bitki ehtiyyatlar, dərman və aromatik bitkilər, aqrobotanika, paleobotanika, taksonomiya, lixenobriologiya, mikologiya, algologiya, biokimya, biofizika və s. kimi sahələr üzrə aparılan son tədqiqatlar və elmi yeniliklər dərc edilir.

Hazırda jurnalın digər nüfuzlu bazalara daxil edilməsi istiqamətində intensiv fəaliyyət davam etdirilir. Jurnalın baş redaktoru BDU-nun Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Qurbanovdur.

 

 

Xəbərlər

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti

İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciəti
01/01/2026

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib

BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib BDU-nun professoru Mikayıl Cəfərov vəfat edib
01/01/2026

Milli birlik və həmrəylik bayramı

Milli birlik və həmrəylik bayramı
31/12/2025