BDU-nun akademik heyəti üçün təlim: Klinik sosial iş

31/07/2026

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının əməkdaşları üçün Türkiyənin Anadolu Universitetinin Sağlamlıq elmləri fakültəsinin dekanı, Sosial iş kafedrasının müdiri, professor Aliye Mavili tərəfindən “Klinik sosial iş” mövzusunda onlayn təlim keçirilib.

29–31 iyul tarixlərində təşkil olunan təlimlər çərçivəsində klinik sosial işin mahiyyəti, məqsədləri, prinsipləri, cəmiyyət üçün əhəmiyyəti, tətbiq sahələri, tədris metodikası və digər elm sahələri ilə qarşılıqlı əlaqələri barədə iştirakçılara geniş nəzəri və praktik məlumatlar təqdim olunub. İnteraktiv təlim metodları əsasında keçirilən sessiyalarda klinik sosial iş mütəxəssisinin səhiyyə, psixologiya, təhsil və sosial müdafiə sahələrindəki rolu, multidissiplinar əməkdaşlıq mexanizmləri, beynəlxalq təcrübə və müasir yanaşmalar praktik nümunələrlə izah edilib. Onlayn formatda keçirilən görüşlərdə klinik sosial işin institutlaşması, sosial xidmət sektoru ilə inteqrasiyası, Türkiyə və Avropa ölkələrinin bu sahədəki qabaqcıl təcrübələrinin öyrənilməsi və onların Azərbaycan şəraitində optimal tətbiqi imkanları müzakirə olunub. Eyni zamanda, Türkiyə təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri, ali təhsil müəssisələri arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin, tədqiqatların və təlim proqramlarının həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, yeni tədris ilindən Sosial elmlər və psixologiya fakültəsində magistratura səviyyəsində tədris olunacaq “Klinik sosial iş” ixtisaslaşması ilə bağlı akademik heyətin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən belə təlimlər davamlı olaraq keçiriləcək.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026