BDU-nun akademik heyəti üçün təlim: “Müəllimlərin psixoloji rifahı və dayanıqlılığına dəstək”

18/05/2026

Bakı Dövlət Universitetinin (BDU) Keyfiyyət Təminatı Mərkəzinin təşkilatçılığı ilə Universitetin akademik heyəti üçün “Müəllimlərin psixoloji rifahı və dayanıqlılığına dəstək” mövzusunda təlim keçirilib. Təhsil psixoloqu, BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının dosenti Elmina Kazımzadə mövzu ilə bağlı çıxış edib.

Təlimin əsas məqsədi müəllimlərin peşə fəaliyyəti zamanı psixoloji rifahının gücləndirilməsi, emosional dayanıqlılığının artırılması və tədris mühitində mövcud psixoloji risk faktorlarının idarə olunmasına dəstək göstərilməsi olub.

Təlim çərçivəsində akademik heyətin iş prosesində qarşılaşdığı psixoloji yükün effektiv idarə olunması, stresə davamlılıq bacarıqlarının formalaşdırılması, eləcə də peşəkar fəaliyyət zamanı emosional tükənmişliyin qarşısının alınması məsələləri elmi-metodik yanaşma əsasında iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, effektiv ünsiyyət bacarıqları, şəxsi və peşəkar sərhədlərin qorunması, akademik mühitdə sağlam psixoloji iqlimin formalaşdırılması istiqamətində praktik yanaşmalar təqdim edilib.

İnteraktiv formatda keçirilən təlimdə iştirakçıların sualları cavablandırılıb.

 

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dən 21-dək ε-Perseid meteor yağışı olacaq”
02/09/2026

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır

BDU-nun 17 məzunu IV “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdır
02/09/2026

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi

Xalq Cümhuriyyətinin Azərbaycan təhsilinə tarixi töhfəsi
01/09/2026