BDU-nun alimi beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

27/04/2021

Türkiyədə “ELGER” Beynəlxalq Elm-tədris Mərkəzinin təşkilatçılığı ilə Qafqaz Universiteti (Türkiyə), Azərbaycan Dövlət Pedaqoji Üniversitetinin Quba filialı, Azərbaycan Milli Elmlər Akademiyası akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu və Qırğızıstan Təhsil Akademiyası ilə birlikdə türk dünyasının ustad ozan-aşığı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr olunmuş “Scıence and educatıon: preservıng the past, creatıng the future” adlı Beynəlxalq Elmi Simpozium keçirilib.

Simpoziumda Türkiyənin Qafqaz Universiteti Çağdaş türk ləhcələri və ədəbiyyatları bölüm başqanı, dosent İlkin Qulusoy, universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Hacalı Nəcəfoğlu, Azərbaycanın Qarsda baş konsulu Nuri Quliyev çıxış edərək Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı müxtəlif tədbirlərin keçiriləcəyini, Qafqaz Universitetinin belə bir simpoziuma ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu söyləyib, qardaş ölkənin hər zaman Azərbaycanın yanında olduğunu böyük minnətdarlıq hissi ilə dilə gətiriblər.

Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri, dosent Həbibə Soltanova IV bölmədə "Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin müasir vəziyyəti və perspektivləri" mövzusunda çıxış edib. Məruzədə Türkiyə və Azərbaycan arasında mövcud ikitərəfli əlaqələr, turizm sahəsində birgə əməkdaşlıq və tərəfdaşlıq münasibətləri, eləcə də gələcək birgə fəaliyyət sahəsində həyata keçiriləcək tədbirlər barədə təkliflər səsləndirilib.

Xəbərlər

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026

BDU-nun II kurs tələbələrinin nəzərinə!

BDU-nun II kurs tələbələrinin nəzərinə!
26/05/2026