BDU-nun alimi nüfuzlu beynəlxalq şuraya üzv qəbul olunub

06/04/2021

Bakı Dövlət Universitetinin Hesablama riyaziyyatı kafedrasının professoru, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi,  “Şöhrət” ordenli Vaqif  İbrahimov Science Alert təşkilatının təqdimatına əsasə Asiya Elmi Redaktorlar Şurası üzvlüyünə qəbul olunub.

Science Alert təşkilatı elmin bütün sahələrində yenilikləri dəstəkləyir və müxtəlif səviyyəli müsabiqələrin keçirilməsinə rəhbərlik edir. Asiya Elmi Redaktorlar Şurası beynəlxalq elmi nəşriyyatların 2000-dən çox əməkdaşını özündə birləşdirir. Yüksək reytinqli  beynəlxalq elmi nəşrlərin səviyyəsinə nəzarət  edən bu qurum müasir problemlərin həlli üçün təkliflər hazırlayır, elmi  müzakirələr  təşkil edir. Bununla yanaşı, elmi nəşrlərin standartlarının  müasir tələblərə cavab verməsi üçün əməkdaşların aparıcı  beynəlxalq təşkilatlarla əlaqəsini təşkil edir, ixtisasartırma proqramları tərtib edir, çap səviyyəsinin yüksəldilməsi üçün təkliflər hazırlayır.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026