BDU-nun aliminin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

17/09/2021

Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin  "Ümumiləşdirilmiş Morrey fəzalarında qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti eliptik tənliklər" (Nonlinear elliptic equations with small BMO coefficients in nonsmooth domains in generalized morrey spaces) adlı məqaləsi “Web of Science” bazasında Q1 kvartil kateqoriyalı (İF-2019: 1.219) jurnallar siyahısında yer alan “Journal of Mathematical Inequalities” jurnalında (15 (2), 2021) dərc edilib (http://files.ele-math.com/articles/jmi-15-37.pdf; dx.doi.org/10.7153/jmi-2021-15-37).

Məqalədə qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti elliptik tənliklərin ümumiləşmiş Sobolev-Morri fəzalarında həlləri üçün qiymətləndirmələr alınıb. Ümumiləşmiş Morri fəzalarında zəif mənada həllərin requlyarlığı araşdırılıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
20/11/2026