BDU-nun aliminin həmmüəllifi olduğu məqalə yüksək impakt faktorlu jurnalda dərc olunub

08/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilovun  həmmüəllifi olduğu “2010-cu ildən 2019-cu ilə qədər 29 xərçəng qrupu üçün xərçəng xəstəliyi, ölüm, ömrün itirilmiş illəri, əlilliklə yaşanan illər və əlilliyə uyğunlaşmış həyat: qlobal xəstəlik yükü tədqiqatı üçün sistemli təhlil, 2019” (“Cancer ıncidence, mortality, years of life lost, years lived with disability, and disability-adjusted life years for 29 cancer groups from 2010 to 2019: a systematic analysis for the global burden of disease study 2019”) adlı məqalə Web of Science bazasında Q1 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan (IF: 31.777, Q1) JAMA Oncology jurnalında dərc edilib.

https://jamanetwork.com/journals/jamaoncology/fullarticle/2787350

Məqalədə xərçəng xəstəliyinin yaranmasından, bu istiqamətdə mümkün risk faktorlarının araşdırılmasından, uzun illər boyu xərçəng xəstəliyindən əziyyət çəkən müxtəlif əhali qruplarının yerli və beynəlxalq səviyyədə tədqiqindən bəhs edilir. Təqdim edilən elmi məqalədə alınmış nəticələr xərçəng xəstəliyinin vaxtında proqnozlaşdırılmasında, ölüm hallarının azaldılmasında tətbiq edilə bilər.

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026