BDU-nun alimləri Çexiyada beynəlxalq konfransda iştirak ediblər

28/09/2018

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə, Pedaqogika kafedrasının müdiri, professor Ləzifə Qasımova və həmin kafedranın dosenti Gülarə Kərimova 19-22 sentyabr tarixlərində Çexiyada beynəlxalq konfransda iştirak ediblər. Praqa şəhərində  “Yeni Avropa: yeni məktəb və yeni tərbiyə” mövzusunda keçirilən konfransın açılış mərasimi Senatın binasında, bölmə iclasları isə Çex pedaqoqu Yan Amos Komenski Muzeyində baş tutub.

Konfransda Çexiya ilə yanaşı İtaliya, Almaniya, Avstriya, Macarıstan, Slovakiya, Serbiya, Xorvatiya, Monteneqro, Sloveniya universitetlərindən pedaqoq-alimlər iştirak ediblər. Konfransın əsas məqsədi yeniləşən Avropada təhsil və tərbiyəyə yeni məzmunda yanaşmanın zəruriliyini əks etdirməkdən ibarət olub. BDU alimləri, həmçinin digər çıxış edənlər Avropa məkanında, o cümlədən, yaşadıqları ölkədə yeni insanın formalaşması baxımından təhsil sistemində zəruri olan islahatların nəzəri-metodoloji problemlərini təhlil ediblər. Konfransda 60-dan artıq məruzə dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.

Mətbuat və informasiya şöbəsi, 28 sentyabr 2018-ci il.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026