BDU-nun alimlərinin nəzəri fizika sahəsində tədqiqatları davam edir

15/12/2021

Bakı Dövlət Universitetinin nəzdində Fizika Problemləri ETİ-nin Nəzəri fizika şöbəsinin aparıcı elmi işçisi, dosent Şahin Məmmədov və Nəzəri fizika kafedrasının dissertantı Şahnaz Tağıyevanın “AdS/KXD-nin yumşaq divar modelindən sonlu temperaturda a1 mezon-nuklon qarşılıqlı təsir sabiti” (“a1 meson-nucleon coupling constant at finite temperature from the soft-wall AdS/QCD model”) adlı məqaləsi Avropa Fizika Cəmiyyətinin (APS) The European Physical Journal C (Eur. Phys. J. C, 2021, v. 81, p.1080) jurnalında dərc olunub.

https://link.springer.com/article/10.1140/epjc/s10052-021-09877-0#Abs1

Sonlu temperaturlu nuklon mühitində mühitin temperaturunun artması ilə aksial-vektor a1 mezonla nuklonların qarşılıqlı təsir sabitinin kiçildiyi və konfaynment-dekonfaynment keçid temperaturu ətrafında bu sabitin sıfra bərabər olduğu müəyyən olunub. Alınan nəticə sonlu temperaturlarda zərrəciklərin qarşılıqlı təsirini başa düşməyə imkan verir.

Qeyd edək ki, The European Physical Journal C (Eur. Phys. J. C) Nəzəri fizika sahəsində aparıcı jurnallardan biridir (İF: Web of Science - 4.389; Scopus-7.709).

Xəbərlər

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir

BDU Özbəkistanın Buxara Beynəlxalq Universiteti ilə əməkdaşlığı gücləndirir
01/07/2026

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub

BDU alimlərinin həmmüəllifliyi ilə “Birinci Türkoloji Qurultay və türk xalqlarının dil birliyi” monoqrafiyası nəşr olunub
01/07/2026

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib

BDU və Satbayev adına Qazax Milli Texniki Tədqiqat Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantın dissertasiya müdafiəsi keçirilib
01/07/2026