BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

07/09/2026

Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin (ATTM) direktoru Aslan Qasımov 1–6 sentyabr 2026-cı il tarixlərində İsrail Dövlətində elmi səfərdə olub.

Səfər çərçivəsində Hayfa Universitetinin Arxeologiya və Dəniz Sivilizasiyaları Məktəbində görüşlər keçirilib, arxeologiya sahəsində elmi tədqiqatların aktual istiqamətləri, müasir tədqiqat metodları və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Universitetin arxeologiya üzrə elmi-tədqiqat infrastrukturu və müasir laboratoriya imkanları ilə tanışlıq olub.

Səfər çərçivəsində Aralıq dənizi sahilində yerləşən Sezariya qədim liman şəhərinə də baş çəkilib. Burada aparılan arxeoloji qazıntılar, qədim liman və şəhər strukturlarının tədqiqi, eləcə də arxeoloji materialların öyrənilməsində tətbiq olunan müasir yanaşmalarla tanışlıq həyata keçirilib.

Hayfa Universitetində keçirilən görüşlərin mühüm nəticələrindən biri BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzi ilə Hayfa Universitetinin müvafiq elmi strukturları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı olub. Tərəflər arasında birgə arxeoloji layihələrin və tədqiqatların, o cümlədən sahə tədqiqatlarının həyata keçirilməsi imkanları müzakirə olunub.

Gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri Azərbaycanın arxeoloji irsinin müasir elmi metodlarla tədqiqi, əldə olunan nəticələrin beynəlxalq elmi mühitdə təqdim edilməsi və qarşılıqlı elmi təcrübə mübadiləsinin genişləndirilməsidir.

Hayfa Universitetinə səfər BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin beynəlxalq elmi əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olub. Əldə olunmuş razılaşmaların gələcəkdə birgə tədqiqatların həyata keçirilməsinə, müasir arxeoloji metodların tətbiqinə və BDU-da arxeologiya sahəsində beynəlxalq təcrübənin daha geniş istifadəsinə töhfə verməsi nəzərdə tutulur.

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək

BDU tələbələri üçün “4Sİ Akademiyası – Milli Proqram” haqqında infosessiya keçiriləcək
28/09/2026

BDU-nun magistrantları Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər

BDU-nun magistrantları Anım Günü ilə əlaqədar Kəpəz zirvəsinə yürüşdə iştirak ediblər
28/09/2026