BDU-nun Astrofizika kafedrası: 22-24 may tarixlərində geomaqnit qasırğası gözlənilir

22/05/2023

Mayın 21-də Günəş səthində olan oblastlarda aktivlik artıb, bir neçə güclü M sinif alışma baş verib.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, yaranan tac atılmaları (CME- Coronal Mass Ejection) və tac dəliklərindən çıxan yüksək sürətli axınlar (CH HSS- Coronal Hole High Speed Stream) səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur. Mayın 22-də geomaqnit şəraitin davam edən CME effektləri nəticəsində G2 (orta) stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-ü günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq.

22-24 may tarixlərində geomaqnit sahənin intensivliyini göstərən loqarifmik Kp əmsalı 1-6 intervalında dəyişəcək.

 

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026