BDU-nun Astrofizika kafedrası bayram günləri üçün geomaqnit hava proqnozunu açıqlayıb

06/11/2026

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb.

Hazırda Günəş fəallığı yuxarı səviyyədədir. Günəş səthində orta və güclü yeni alışmaların baş vermə ehtimalı yüksəkdir.  Digər tərəfdən, Günəşin səthində L-formalı böyük Tac Dəliyinin (Coronal Hole) olması və buradan öz başlangıcını götürən yüksəksürətli Günəş plazma küləyinin effektləri sayəsində 7 və 8 noyabr tarixlərində geomaqnit qasırqaları gözlənilir.

Yuxarı coğrafi enliklərdə effekt nəzərəçarpacaq olacaqdır. Orta coğrafi enliklərdə, o cümlədən Azərbaycan ərazisində isə geomaqnit sahəsinin zəif həyəcanlaşmış səviyyədə olacağı proqnozlaşdırılır.

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində