BDU-nun Astrofizika kafedrası: “Geomaqnit qasırğası müşahidə olunur”

20/01/2026

Hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlik aşağı (R1) səviyyədədir. Günəş səthində aktiv oblastlar hesabına 20-21 yanvar tarixlərində X sinif alışmaların olması ehtimal olunur.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, baş verən alışmalar planetlərarası zərbə dalğası yaradıb,  planetlərarası maqnit sahəsi bir neçə dəfə artıb. Yaranan Günəş küləyinin sürəti isə minimal olub.

Yanvarın 20-də Günəş küləyinin artması gözlənilir. Bunun 18 yanvar tarixində Günəşdən ayrılan tac kültə atılması (TKA) hesabına olduğu ehtimal olunur. TKA-nın təsiri yanvarın 21-22-də kəskin azalacaq, 22 yanvar tarixinin sonunda Günəş küləyi parametrləri normal səviyyəyə gələcək.

Geomaqnit sahə yanvarın 20-də aktiv (G1-G2 mülayim orta) səviyyədə olacaq. Yanvarın 21-də geomaqnit sahə normallaşacaq, yanvarın 22-dən stasionar hala gələcək. Yanvarın 20-də geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 5-7 (G1-G2), sonrakı tarixlərdə 4 və daha aşağı olacaq.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026