BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”

04/06/2026

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, Günəş səhtində müntəzəm baş verən C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kültə atılması (TKA) baş verib. Bunun nəticəsində plazma kütləsinin iyun ayının ortaları üçün Yer yaxınlığından keçməsi proqnozlaşdırılır.

İyunun 4-də saat 15:00-dan sonra Kp əmsalı 5 olan G1 səviyyəli geomaqnit qasırğası baş verəcək. Bu, iyunun 5-i səhər saatlarınadək davam edəcək. Gecə yarısı (5 iyun saat 00:00-03:00 aralığında) qasırğanın gücünün Kp əmsalı ilə 6 olacağı proqnozlaşdırılır.

İyunun 5-i saat 09:00-dan sonrakı müddətdə geomaqnit qasırğa sakit fon səviyyəsində olacaq. Prosesin Yerətrafı orbitdə olan aparatlara təsir etmə ehtimalı var.

 

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026