BDU-nun Astrofizika kafedrası iyul ayı üçün kosmik hava proqnozunu açıqlayıb

03/07/2023

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası iyul ayı üçün kosmik hava proqnozunu açıqlayıb.  

İyulun 2-də Günəş səthində olan 3354 oblastında güclü və davamlı X1 alışması baş verib. 3359 oblastında baş vermiş M2.0 alışması iyul ayının əvvəlində ikinci güclü alışma olub. Son alışma tac kütlə atılması (Coronal Mass Ejection - CME) meydana gətirsə də, onun Yerə təsir etməyəcəyi, geoeffektiv olmayacağı proqnozlaşdırılıb.  

Geomaqnit aktivliyini göstərən Kp əmsalının orta qiymətinin 2023-cü ilin iyul ayı üçün 2-4 intervalında olacağı, ayrı-ayrı tarixlərdə yüksələcəyi gözlənilir. Belə ki, iyulun 8-də Kp əmsalının 4, iyulun 11-13-də isə 5 olacağı, G1 səviyyəsində mülayim geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026