BDU-nun Astrofizika kafedrası: Mayın 5-6-da meteor yağışı olacaq
05/05/2023
Mayın 5-6-da “Eta-Akvarid” adlı meteor yağışı olacaq.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, “Eta-Akvarid” orta səviyyədən yuxarı meteor yağışıdır. İntensiv meteor axını (saatda 50-yə qədər) əsasən Cənub yarımkürəsində müşahidə olunacaq. Şimal yarımkürəsində isə təxminən saatda 30 meteor müşahidə ediləcək.
“Eta-Akvarid” meteor yağışı Halley kometinin qalıqları tərəfindən əmələ gəlir. Yağış hər il aprelin 19-dan mayın 28-dək davam edir. Bu il mayın 5-i gecə və 6-sı səhər saatlarında pik həddə çatacaq. Meteor axını Dolça bürcündən başlayacaq və səmanın hər yerində görünəcək.
Xəbərlər
Qürur və ehtiram günü
Qürur və ehtiram günü
BDU kollektivi Zəfər parkını ziyarət edib
BDU kollektivi Zəfər parkını ziyarət edib
Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
