BDU-nun Astrofizika kafedrası: Mayın 8-də maqnit qasırğası gözlənilir

08/05/2023

04-06 may tarixlərində Günəşin səthində bir sıra oblastlarda davamlı olaraq M-sinif alışmalar baş verib.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu səbəbdən geomaqnit sahə mayın 8-də G2 (orta) maqnit qasırğa səviyyəsində (gündüz saat 10.00-dək), mayın 9-da G1 (mülayim) və  daha zəif, mayın 10-da isə aktiv səviyyədə olacaq. 04-05 may tarixlərində yaranmış tac dəliklərindən yüksək sürətli plazma zərrəcikləri selinin Yerdən keçməsi geomaqnit şəraitin həyəcanlaşmasını bir qədər də gücləndirib.

LASCO (Large Angle and Spectrometric Coronagraph - Geniş bucaqlı və spektrometrik koronoqraf) C2 koronoqrafı vasitəsi ilə Yerə yönəlmiş hər hansı tac kütlə atılması (CME -Coronal Mass Ejection) müşahidə olunmayıb.

Mayın 8-də Yerdə maqnit qasırğasının loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 3-5, mayın 9-10-da 2-4 intervalında dəyişəcək.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

Xəbərlər

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
20/11/2026