BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

04/09/2026

Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-də daxil olacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, həmin an “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur və gecədən bir qədər artıq olur. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır. Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.

Fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır. Məhz bu meyillilik nəticəsində il ərzində Günəş şüalarının Yer səthinə düşmə bucağı dəyişir və fəsillər yaranır.

2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026