BDU-nun Astrofizika kafedrası: Sabah səhər geomaqnit qasırğası olacaq

22/01/2024

22-27 yanvar tarixləri üçün Günəş fəallığının aşağı səviyyədə qalacağı, əsasən M sinif və kiçik ehtimalla X sinif alışmaların olacağı proqnozlaşdırılır.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Günəş küləyi parametrləri yanvarın 22-də normal səviyyədə olacaq. Yanvarın 20-də baş vermiş tac kütlə atılması hesabına 22-23 yanvar tarixlərində Günəş küləyi parametrləri nisbətən artacaq. Yanvarın 24-dən bu parametrlər yenidən normal fon səviyyəsinə düşəcək.

Yanvarın 22-dən 23-nə keçən gecə, yanvarın 23-ü isə əsasən səhər saat 06:00 – 12:00 radələrində orta enliklərdə G1 (mülayim), qısa fasilələrlə G2 (orta) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. Yanvarın 23-də günortadan sonra və sonrakı tarixlərdə geomaqnit sahəsi sakit və normal səviyyədə olacaq. Maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 22-27 yanvar tarixləri üçün 2-5 intervalında dəyişəcək.

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026