BDU-nun “Azərbaycan hüquq jurnalı” daha bir beynəlxalq elmi indeks bazasına daxil edilib

23/06/2026

Bakı Dövlət Universitetinin (BDU) “Azərbaycan hüquq jurnalı” (https://bsuj.bsu.edu.az/en və ya https://www.ahj.az/en/) 2026-cı il 22 iyun tarixindən etibarən Avropa humanitar və sosial elmlər sahəsində tanınmış elmi indeks bazalarından biri olan erih+ (ERIH PLUS) tərəfindən indekslənən elmi jurnallar siyahısına daxil edilib.

https://erihplus.hkdir.no/sok?input=3079-8973

Jurnalda hüquq elminin müxtəlif sahələri üzrə  aktuallığı, nəzəri və praktiki əhəmiyyəti yüksək, eləcə də milli və beynəlxalq hüquqi sistemlərin inkişafına töhfə verən elmi məqalələr dərc edilir.

Qeyd edək ki, “Azərbaycan hüquq jurnalı” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxildir.

Erih+ (ERIH PLUS) bazasına daxil edilməsi jurnalın beynəlxalq elmi nüfuzunun daha da yüksəlməsinə, eləcə də Azərbaycan hüquq elminin beynəlxalq elmi məkana inteqrasiyasına imkan verəcəkdir.

 

 

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026