BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında iki kitabın təqdimatı keçirilib

12/11/2019

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında dosent Kəmalə İslamzadənin “Dastan yaradıcılığında cəngavər qadınlar” və filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyevanın “Qarabağ aşıq mühiti” adlı kitablarının təqdimatı keçirilib. Tədbirdə Azərbaycan şifahi xalq ədəbiyyatı, Azərbaycan ədəbiyyatı kafedralarının professor-müəllim heyəti, ADPU-nun professoru Mahmud Allahmanlı, AMEA-nın Folklor İnstitutunun əməkdaşı, dosent Tacir Qurbanov, BDU-nun  “Dədə Qorqud” ETL-in elmi işçiləri və magistrantlar iştirak ediblər.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri və hər iki kitabın redaktoru professor Səhər Orucova tədbiri açaraq elmi əsərlərin məzmunundan danışıb. O, K.İslamzadənin “Dastan yaradıcılığında cəngavər qadınlar” kitabının “Azərbaycan dastanları” fənninə aid dərs vəsaiti olduğunu qeyd edərək, əsərin strukturunun, fəsil və bölmələrinin cəngavər qadın obrazının mənşəyini, tarixi inkişaf yolunu, təkamül dinamikasını, qəhrəmanlıq və məhəbbət dastanlarındakı spesifikasını, nəhayət, yazılı ədəbiyyata transferini izləməyə imkan verdiyini vurğulayıb. Almara Nəbiyevanın “Qarabağ aşıq mühiti” adlı monoqrafiyasının Qarabağ folklorunun araşdırılmasında müstəsna rolunu tədbir iştirakçılarının diqqətinə çatdıran redaktor kitabın məziyyətlərindən söz açıb. O qeyd edib ki, monoqrafiyada Azərbaycanın ayrı-ayrı aşıq mühitlərinin, o cümlədən Qarabağ aşıq mühitinin diferensial şəkildə öyrənilməsi yeni-yeni folklor faktlarını üzə çıxarır. 
Daha sonra çıxış edənlər hər iki kitab haqqında fikirlərini bölüşərək, araşdırmaların əhəmiyyətindən bəhs edib və müəlliflərə elmi fəaliyyətlərində uğurlar arzulayıblar.

Xəbərlər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər

BDU nəzdində “Gənc istedadlar” liseyinin 2 şagirdi Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat səviyyəsində təhsillərini davam etdirəcəklər
29/07/2026

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29/07/2026

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib

BDU əməkdaşları təhsil sərgisində abituriyentlər üçün infossesiya keçirib
29/07/2026