BDU-nun şöbə müdiri vəfat edib
22/12/2021
Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev vəfat edib.
76 yaşında dünyasını dəyişən A. Xasayev 1968-1970-ci illər mərkəzi geoloji-kəşfiyyat Elmi Tədqiqat İnstitutunun Bakı laboratoriyasında kiçik elmi işçi, 1970-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasının əyani aspirantı olub, sonralar dosenti kimi çalışıb. "Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası" fənnini tədris edib. 1992-2016-cı illərdə Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.
150-dən artıq elmi əsərin , o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.
Allah rəhmət eləsin!
Xəbərlər
BDU rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan tələbələrlə görüşüb
BDU rektoru Məleykə Abbaszadə “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışında qalib olan tələbələrlə görüşüb
BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib
BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edilib
BDU-da ustad dərsi: “Pedaqoji mühit və kitabxanalar”
BDU-da ustad dərsi: “Pedaqoji mühit və kitabxanalar”
