BDU-nun baş müəllimi İlham Baxış oğlu Əliyev vəfat edib
12/02/2025
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi İlham Baxış oğlu Əliyev vəfat edib.
İlham Baxış oğlu Əliyev 1962-ci ildə Mingəçevir şəhərində anadan olub. 1969-1979-cu illərdə Mingəçevir şəhər 1 saylı orta məktəbdə, 1983-1988-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində təhsil alıb.
O, 1993-cü ildən BDU-nun İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının baş müəllimi işləyib.
İlham Baxış oğlu Əliyevin tədqiqat sahəsi Azərbaycan və ingilis dillərində saytərkibli söz birləşmələri olub.
BDU rəhbərliyi və kollektivi İlham Baxış oğlu Əliyevin vəfatından kədərlənir, ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Xəbərlər
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
