BDU-nun beynəlxalq akkreditasiyadan keçən ixtisaslarının ölkədə tanınması barədə qərar qəbul edilib

20/09/2023

Bakı Dövlət Universitetinin (BDU) magistratura səviyyəsində tədris olunan 6 ixtisaslaşması (Qeyri-üzvi kimya, Fiziki kimya, Analitik kimya, Üzvi kimya, Yüksəkmolekullu birləşmələr kimyası, Neft kimyası) Qazaxıstanın Təhsildə Keyfiyyətin Təminatı üzrə Müstəqil Agentliyi (İQAA) tərəfindən beynəlxalq akkreditasiyadan keçib. Azərbaycan Respublikasının elm və təhsil nazirinin rəhbərlik etdiyi Akkreditasiya Şurasının 2023-cü il 20 sentyabr tarixli qərarı ilə BDU-nun 6 ixtisaslaşması üzrə beynəlxalq akkreditasiyanın nəticələri dövlət akkreditasiyası üçün nəzərə alınıb.

Qazaxıstanın Təhsildə Keyfiyyət Təminatı üzrə Müstəqil Agentliyi Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Assosiasiyanın (ENQA) tam hüquqlu üzvüdür və yuxarıda adları qeyd olunan ixtisaslaşmalar 5 il müddətinə akkreditasiya olunub.

Qeyd edək ki, BDU "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın yeni redaksiyada təsdiqindən sonra ölkədə beynəlxalq akkreditasiyaları tanınan yeganə universitetdir.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi keçirilir
05/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 13-də Perseid meteor yağışı olacaq”
04/08/2026

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”

BDU-nun Astrofizika kafedrası: “Yerin qravitasiyasının yox olacağı barədə məlumatlar həqiqəti əks etdirmir”
04/08/2026