BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində elmi seminar keçirilib

20/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində  Politologiya və sosiologiya kafedrasının təşkilatçılığı ilə siyasət elminin aktual problemlərinə həsr olunmuş onlayn elmi seminar keçirilib.

Seminarda kafedranın baş müəllimi Ülkər İmaməliyeva “Slilahlanma beynəlxalq gərginliyi artıran amil kimi” adlı məruzə ilə çıxış edib. Məruzəçi beynəlxalq siyasətin aktual problemlərindən olan silahlanmadan, müasir silahların bəşəriyyətin varlığı üçün böyük təhlükəsindən bəhs edib. Dinamik proses olan silahlanmanın beynəlxalq gərginliyi artırmaqla yanaşı, həm də  beynəlxalq aləmdə ictimai-siyasi prosesləri ləngidən bir amil olduğunu bildirib. Qeyd olunub ki, dünya  xalqları  və dövlətləri  sülhü, əmin-amanlığı  qorumaq, qarşılıqlı əlaqələri möhkəmləndirmək və sağlam düşüncəyə əsaslanmaqla planetin fiziki bütövlüyünü təmin edə bilərlər. Çıxışda silah istehsalı zamanı yaranan zərərli tulllantıların əhalinin sağlamlığına və ətraf mühitə mənfi təsiri, həmçinin hərbi xərclərin artması və silahlanmaya  olan tələbatı şərtləndirən amillər vurğulanıb.

Seminar politologiya ixtisası üzrə IV kurs tələbəsi Azad Hüseynlinin “Azərbaycan Respublikasının xarici siyasət sahəsindəki uğurları” adlı məruzə ilə davam edib. Məruzəçi Azərbaycan Respublikasının müstəqil xarici siyasətini milli maraqlar kontekstində izah edib, xarici siyasətin beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirildiyi, dünya ölkələri ilə çoxtərəfli əməkdaşlıq və bir sıra beynəlxalq təşkilatlar və qurumlarla qarşılıqlı əlaqələri barədə məlumat verib. Məruzəçi Azərbaycanın milli mənafelərin qorunmasında Ümummilli lider Heydər Əliyevin roluna və diplomatik səylərinə diqqət çəkib, dövlət başcısı İlham Əliyevin inamlı siyasətindən danışıb. Çıxışda siyasi və iqtisadi məsələlərdə diplomatiyanın rolu, Azərbaycanın Cənubi Qafqaz bölgəsində aparıcı dövlətə çevrilməsi, Vətən müharibəsində Azərbaycanın diplomatik və hərbi zəfərindən  bəhs edilib.

Elmi seminar iştirakçıların suallarının cavablanlandırılması ilə yekunlaşıb.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024