BDU-nun Biologiya fakültəsi xarici universitetlərlə tədqiqat əməkdaşlığını genişləndirir

26/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müəllimi Nigar Hüseynova professor Rövşən Xəlilovun elmi rəhbərliyi ilə Türkiyənin İzmir şəhərində yerləşən İzmir Yüksək Texnologiyalar İnstitutunda elmi ezamiyyətdə olub.

Nigar Hüseynova İYTİ-nin Molekulyar biologiya və genetika departamentində “Kəskin limfoblastik leykemiya xəstəliyinin effektiv müalicəsinə yeni yanaşmaların tədqiqi” mövzusu üzrə tədqiqat aparıb. Tədqiqat işi zamanı müasir laboratoriya avadanlıqlarından istifadə olunub, nəzəri və praktiki biliklər artırılıb.

Fakültənin Genetika kafedrasının müəllimi Natəvan Baxşəliyeva Karadeniz Texniki Universitetinin Molekulyar biologiya və genetika kafedrasında elmi tədqiqat işi aparıb. Dosent Murat Erdem Güzel ilə birgə həyata keçirilən layihə Azərbaycanda yayılan Diospyros L. (Ebenaceae) cinsinə aid növlərin genetik polimorfizminin və filogenetik əlaqələrinin ISSR, ScOT və ITS markerləri əsasında öyrənilməsini əhatə edir. Araşdırma Azərbaycanın florasında Diospyros növlərinin genetik müxtəlifliyi və təkamül əlaqələrinin müəyyən edilməsinə mühüm töhfə verəcək.

Bu cür beynəlxalq əməkdaşlıqlar fakültənin gənc alim və tədqiqatçılarına müasir elmi metodologiyaları mənimsəmək, qabaqcıl laboratoriya imkanlarından yararlanmaq və elmi əlaqələr qurmaq üçün geniş imkanlar açır.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026