BDU-nun Biologiya fakültəsində 35 il sonra baş tutan görüş

11/07/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin 1983-1988-ci illərdə təhsil almış məzunları 35 ildən sonra doğma təhsil ocağında olublar. Onlar mühazirə dərslərinin keçirildiyi auditoriyada 35 il sonra yenidən müəllimləri dinləyiblər.

Görüşdə vaxtilə məzunlara dərs demiş BDU-nun professorları Niftalı Qocayev, İbrahim Zeynalov, Məcnun Babayev, Rövşən Xəlilov və Vilayət Abdıyev iştirak ediblər.

Biologiya fakültəsinin dekanı Afət Məmmədova fakültənin uğurlarından və gələcək planlarından, məzunlarla əlaqələrin genişləndirilməsi zərurətindən danışıb.

Sonra keçmiş məzunlar Universitetin doğma dəhlizlərini gəzərək fakültənin auditoriyalarında və “Təkamül təlimi” muzeyində də olublar.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026