BDU-nun Biologiya fakültəsində “Çağırır Ana Vətən!” adlı onlayn tədbir

13/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Çağırır Ana Vətən!” adlı onlayn tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Biologiya fakültəsinin dekanı vəzifəsini icra edən Səbinə Ömərova qonaqları salamlayıb, tədbirin əhəmiyyətindən və Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızın rəşadətindən bəhs edib. S.Ömərova bildirib ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə başlayan ordu quruculuğu prosesi bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq nümunəsi olduğunu diqqətə çatdırıb.

Sonra Biologiya fakültəsinin dekan müavini Musa Cabbarov belə tədbirlərin keçirilməsinin gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsinə böyük təsir göstərdiyini vurğulayıb.

Tədbirdə şəhid ailələri - General Polad Həşimovun bacısı Kəmalə Həşimova, mayor Urfan Vəlizadənin bacısı Xuraman Vəlizadə, şəhid XTQ əsgəri Emin Bağırovun qardaşı Yaqub Bağırov, şəhid gizir Əşrəf Məmmədlinin bacısı Gülövşə Məmmədli, qazilərimiz - Mobil Əhmədzadə, Vasif Allahverdiyev, Afiəddin Əliyev, Vətən müharibəsi iştirakçısı Nurlan Məmmədrəhimov iştirak edib, xatirələrini bölüşüblər.

Tədbir bədii hissə ilə davam edib, tələbələrin hazırladığı videoçarx nümayiş olunub.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026