BDU-nun Biologiya fakültəsində şəhidlərin xatirəsi anılıb

26/09/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin dekanı Afət Məmmədova Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, 44  gün ərzində təcavüzkar Ermənistanı təslim olmağa məcbur etməsinin xalqımızın şanlı tarixində xüsusi yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, Vətən müharibəsi və ondan sonra baş verən proseslər hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.  Bu tarixi yazan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Daha sonra tələbələr Anım Gününə aid şeirlər səsləndiriblər. Sonda isə Vətən müharibəsində şanlı qələbəmizə həsr olunmuş videoçarx nümayiş olunub.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026