BDU-nun Biologiya fakültəsində mitoxondrial genetik xəstəliklərə dair elmi seminar

05/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Mitoxondrial elektron-nəqliyyat zəncirində kompleks I molekulyar təşkili və onun qüsurları  nəticəsində yaranan bir sıra genetik xəstəliklər" adlı elmi seminar keçirilib.

Biologiya fakültəsinin II kurs magistrantları Məltəm Qasımova və Dinarə Cavadzadə tərəfindən keçirilən seminar elmi tədqiqat işinin müdafiəsi formatında təşkil olunub.

Məruzədə qeyd olunub ki, hər bir hüceyrənin daimi orqanoidlərindən biri də mitoxondrilərdir. Mitoxondrinin əsas vəzifəsi hüceyrəni enerji ilə təmin edən üzvi maddə - adenozintrifosfat turşusu (ATF) sintezidir.  Məruzədə mitoxondrinin daxilində zəncirvari elektron ötürülmə prosesləri nəticəsində yaranan genetik xəstəliklər haqqında məlumat verilib. Çıxışçılar bu genetik xəstəliklərin müəyyən olunması və təzahürü haqqında danışıb, tədqiqatın metodologiyasından bəhs ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026