BDU-nun Biologiya fakültəsində "Qadın bəşərə yaraşıq, insanlığa şərəfdir” mövzusunda tədbir

07/03/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadın bəşərə yaraşıq, insanlığa şərəfdir” mövzusunda tədbir keçirilib.

Fakültə dekanı Afət Məmmədova qadınlarının cəmiyyətdə və ailədə rolu, dövlətin qadınlarla bağlı siyasəti, eləcə də Azərbaycan ailə modelinin xüsusiyyətləri barədə danışıb. Azərbaycan qadınlarının ictimai-siyasi fəallığı, Vətənə sədaqəti, ailəyə bağlılığı və fədakarlığı ilə nümunə olduğunu deyən Afət Məmmədova tələbə qızlara bu müqəddəs adı həmişə ləyaqətlə daşımağı tövsiyə edib.

Dosent Anar Məmmədov, Mikrobiologiya elmi-tədqiqat laboratoriyasının müdiri, professor  Xudaverdi Qənbərov Azərbaycan qadınlarının malik olduqları keyfiyyətlərdən söz açıb, ölkənin və BDU-nun həyatında qadınların önəmli rola malik olduğunu bildiriblər.

Tədbirdə qış imtahan sessiyasında ən yüksək nəticə göstərdiyinə görə III kurs tələbəsi Şəms İslamova, fakültənin ictimai həyatında fəal iştirak edən Biofizika və biokimya kafedrasının dosenti Samirə Hümmətova və həmin kafedranın laboratoriya müdiri Firəngiz Babayevaya təşəkkürnamə təqdim edilib. Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri tərəfindən qadın müəllimlərə çiçək paylanılıb.

Tədbir bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib

BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
28/10/2026