BDU-nun Biologiya fakültəsində Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub

12/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Tələbə Gənclər Təşkilatı və “BDU  könüllüləri”nin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Fakültə dekanı, professor Afət Məmmədova bildirib ki, Ümummilli Liderin milli dövlət quruculuğu siyasəti dünyanın mövcud reallıqları, təcrübəsi ilə yanaşı, milli-mənəvi dayaqlara, azərbaycançılıq ideologiyasına və elmi potensiala əsaslanır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə əmin-amanlıq, siyasi sabitlik, ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş yaranıb, milli birlik təmin edilib, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlayıb. Fakültə dekanı Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi, təbiət elmlərinin inkişafı istiqamətində həyata keçirdiyi siyasət barədə də məlumat verib.

Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov çıxışında Ulu Öndərin elm və təhsilə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb, gənclərə öz elmi fəaliyyətlərində daha fəal olmağı tövsiyə edib.

Sonra BDU-nun Tarix fakültəsinin Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayev Ümummilli Lider Heydər Əliyevin tarixi irsi, milli ideologiyanın formalaşması və Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu haqqında məruzə ilə çıxış edib.

Biologiya fakültəsinin IV kurs tələbəsi Kəmaləddin Hüseynov Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirib. Sonda Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

 

Xəbərlər

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib

İİTKM-in İcraçı direktorunun müavini BDU tələbələrinə Azərbaycanın yaşıl enerji potensialına dair ustad dərsi keçib
16/03/2026

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar

BDU tələbələri "Dəmirli" yatağının geoloji-genetik modeli haqqında məlumatlandırılıblar
16/03/2026

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub

BDU-da “Riyaziyyat müəllimliyi” ixtisası üzrə tədris proqramları müqayisəli təhlil olunub
16/03/2026