BDU-nun Biologiya fakültəsində Xocalı qurbanları yad edilib

24/02/2023

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Xocalı faciəsini unutmuruq” adlı tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və soyqırım qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin dekanı Afət Məmmədova Xocalı faciəsinin dəhşətləri, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti barədə məlumat verib, Ümummilli lider Heydər Əliyevin soyqırıma siyasi qiymət verilməsi ilə bağlı xidmətləri, Prezident İlham Əliyevin xalqımız və bəşəriyyət əleyhinə bu cinayətin dünya miqyasında tanıdılması istiqamətində apardığı uğurlu siyasətdən danışıb. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev THİK tərəfindən “Xocalı - insanlığa qarşı cinayət” adlı sənədli filmin hazırlandığını bildirib və filmdən fraqmentləri təqdim edib. Tarixçi alim, dosent Boran Əziz, Biologiya fakültəsinin professoru Canbaxış Nəcəfov Xocalı soyqırımının dəhşətlərini tarixi faktlarla iştirakçıların nəzərinə çatdırıblar.

Daha sonra fakültənin tələbələri – Aydan Qasımlı, Nərmin Qarayeva və Kəmaləddin Hüseynov Xocalı faciəsi ilə bağlı videoçarx təqdim edib, şeirlər səsləndiriblər.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026