BDU-nun Biologiya fakültəsinin I kurs tələbələri ilə görüş

15/09/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirilib.

Fakültənin dekanı, professor Afət Məmmədova qeyd edib ki, yeni tədris ilində təhsil prosesinin müasir, tətbiqyönlü və tələbəmərkəzli metodlarla daha da zənginləşdirilməsi əsas prioritetlərdəndir.

O, tələbələrin biliklərinin praktik tətbiq müstəvisində möhkəmlənəcəyini vurğulayıb, fakültədə aparılan elmi-tədqiqat işlərinin, beynəlxalq əməkdaşlıqların və tələbələr üçün nəzərdə tutulan layihələrin imkanlarından danışıb. Tələbələri bu resurslardan fəal şəkildə yararlanmağa dəvət edib.
Dekan çıxışında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin xüsusi əhəmiyyət daşıdığını xatırladaraq, bu istiqamətdə fakültədə müxtəlif elmi-praktik tədbirlərin, seminar və layihələrin həyata keçiriləcəyini bildirib. O, tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməyərək, həm də vətəndaşlıq mövqeyi, sosial məsuliyyət və milli dəyərlərə bağlılıq kimi keyfiyyətlərə sahib olmalarının vacibliyini qeyd edib.

Sonra Biologiya fakültəsinin tarixi, elmi nailiyyətləri və müasir inkişaf prioritetlərini əks etdirən tanıtım videosu təqdim olunub.

Daha sonra kafedra müdirləri ixtisaslar üzrə tədris planlarının strukturu, fənlərin praktik komponentləri, laboratoriyalardan istifadə qaydaları, qiymətləndirmə meyarları və akademik dürüstlük prinsipləri haqqında danışıb, elmi-tələbə dərnəkləri, istehsalat və sahə təcrübələri, mentorluq sistemi, karyera və mübadilə imkanları, eləcə də dekanlıqla operativ əlaqə kanalları barədə məlumat veriblər.

Qeyd edilib ki, bu il fakültəyə ümumilikdə 309 tələbə qəbul olunub. Onlardan 4-ü 600-dən yuxarı, 129 nəfər 500–599 aralığında bal toplayıb.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək

VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
16/01/2026

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib

BDU 2025-ci ildə beynəlxalq akademik və elmi əməkdaşlıq sahələrində mövqelərini gücləndirib
16/01/2026

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ

BDU-nun çinli tələbəsi: “Azərbaycan dilini öyrənmək mənim üçün böyük şansdır” - MÜSAHİBƏ
16/01/2026