BDU-nun Biologiya fakültəsinin müəllimi və tələbələri Beynəlxalq konqresdə iştirak ediblər

11/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Genetika kafedrasının müəllimi Natəvan Baxşəliyeva və tələbələr Sara Əhmədova, Gülçin Əkbərli Avropa Kimya Agentliyi (ECHA), Chemical Watch, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və Avropa Zərərverici İdarəetmə Dərnəkləri Konfederasiyasının (CEPA) təşkilatçılığı ilə keçirilən V Beynəlxalq Biyosidal konqresində iştirak ediblər. 5-7 mart tarixlərində onlayn keçirilmiş Beynəlxalq konqresə Avropanın, Türkiyə və Pakistanın bir sıra nüfuzlu universtetlərindən alimlər və gənc tədqiqatçılar qatılıb.

Konqresdə Sara Əhmədova “Synthesis of Silver Nanoparticles in The Extract From The Root of Scutellaria Baicalensis Plant” (“Baykal başlıqotu bitkisinin kökündən alınan şirədə gümüş nanohissəciklərin sintezi”) mövzusunda məruzə ilə çıxış edib.

Xəbərlər

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
21/11/2026

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026