BDU-nun Biologiya fakültəsinin tələbələri 20 müəssisədə istehsalat təcrübəsi keçirlər

15/03/2024

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri 20 müəssisədə istehsalat təcrübəsi keçirlər.

Biofizika İnstitutunda keçirilən istehsalat təcrübəsində Biologiya ixtisası üzrə təhsil alan tələbələr rekombinant bakteriya kulturalarının əkilməsi, bakteriya klonlarının əldə olunması, membranlarının dağıdılması və bakteriyaların plasmidlərinin izolyasiyası metodlarını tədqiq edirlər. Onlara kmyəvi lüminessensiya metodu vasitəsilə müxtəlif qatılıqlarda olan ZnCl2 məhlullarında inkubasiya edilmiş eritrositlərdə baş verən biokimyəvi dəyişikliklərin analizinin aparılması metodları izah edilir. Təcrübə müddətində tələbələrə İnstitutda bioinformatika sahəsində geniş istifadə olunan təməl kompüter proqramları da öyrədilir.

Biologiya ixtisasi üzrə təhsil alan bir qrup tələbə Fetal Mərkəz NS Genetik Klinikasında toxuma nümunələrindən DNT izolyasiyası, vaxtından əvvəl doğulmuşların və 13 həftəlik dölün abortiv materialından analizlər aparılmasında iştirak edib, Genetik Ehtiyatlar İnstitutunun laboratoriyalarda aparılan tədqiqat işlərinə cəlb olunublar.

Biotexnologiya ixtisasi üzrə təhsil alan tələbələr isə istehsalat təcrübələrini “Azərmaya” ASC-də keçirlər. Təcrübə zamanı mayanın satış hissəsinin pH-ı, duzluluğu və qalxma reaksiyası ilə bağlı yoxlanış keçirilib. Bu ixtisas üzrə təhsil alan bir qrup tələbə isə “AZZA” QSC, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsindədirlər.

Xəbərlər

Azar-bezarı aparan, sağlamlıq, bərəkət gətirən çərşənbə

Azar-bezarı aparan, sağlamlıq, bərəkət gətirən çərşənbə
03/03/2026

BDU-nun magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə

BDU-nun magistrantları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda elmi-praktiki təlimdə
02/03/2026

BDU-da sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılır

BDU-da sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsinə dair tədqiqatlar aparılır
02/03/2026