BDU-nun Biologiya fakültəsinin tələbələri "Azecolab Company" şirkətində təcrübədə

29/07/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biologiya ixtisası üzrə III kurs tələbələri Elşən Əliyev və Sevinc Allahverdiyeva "Azecolab Company" şirkətində yay təlim-təcrübə proqramında iştirak edirlər.
BDU ilə "Azecolab Company" şirkəti arasında imzalanmış ikitərəfli saziş çərçivəsində tələbələrin mütəmadi olaraq tədqiqat və təcrübi işlərə cəlb edilməsi əsas prioritet istiqamət sayılır. Qeyd olunan istehsalat təcrübəsi müddətində tələbələrə mikrobiologiya və ekotoksikologiya sahəsində təcrübi vərdişlər aşılanır, bu sahələr üzrə tədris aparılır. Təcrübə proqramı dövründə tələbələr yeni avadanlıqlardan istifadə edərək müasir metodların tətbiqi ilə ekspress testlərlə analizlər aparırlar. Müəssisənin mütəxəssisləri tələbələri gündəlik texniki-təhlükəsizlik qaydaları və ekoloji monitorinqlərin aparılması barədə təlimatlandırırlar.
Təcrübə proqramının iki ay davam etməsi nəzərdə tutulur.

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026