BDU-nun Biologiya fakültəsinin tələbələri “AzVarvara” MMC-də istehsalat təcrübəsində

07/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin “Su bioehtiyatları” ixtisası üzrə təhsil alan tələbələri Yevlax rayonunda yerləşən “AzVarvara” MMC şirkətində istehsalat təcrübəsi keçirlər.

Azərbaycanın ən böyük nərəyetişdirmə mərkəzlərindən biri olan “AzVarvara” MMC 280 hektar ərazidə fəaliyyət göstərir. Bu təsərrüfatda eyni anda 1400 tondan çox bölgə balığı, Azərbaycanın endemik nərəcinsli balıqları, həm də Cökə balığı, Sibir nərəsi və müxtəlif hibrid növlər yetişdirilir. Müəssisənin illik istehsal gücü 35 ton qara kürü və 350 ton nərəcinsli balıq ətidir.

Tələbələr istehsalat təcrübəsi zamanı balıqyetişdirmə prosesinin müxtəlif mərhələləri ilə yaxından tanış olublar. Onlara balıqların hormonal inyeksiyasından başlayaraq, sürfə və körpə balıqların yetişdirilməsi, yemlənməsi və ümumi infrastruktur barədə ətraflı məlumat verilib. Təcrübə zamanı tələbələr nəzəri biliklərini real şəraitdə tətbiq edərək, sahə üzrə mühüm praktiki bacarıqlar qazanıblar.

 

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026