BDU-nun Biologiya fakültəsinin tələbələri istehsalat təcrübəsində

06/06/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Biotexnologiya ixtisası üzrə II  kurs tələbələri nəzəri biliklərini möhkəmləndirmək üçün “Abşeron-Şərab” ASC-nin Mehdiabad üzüm emalı müəssisəsində bir günlük istehsalat təcrübəsi keçiblər.

Təcrübə zamanı  tələbələr  müəssisədə  Amerika və Avropanın ən qabaqcıl şirkətləri tərəfindən istehsal edilmiş cihaz və avadanlıqların işləmə mexanizmləri ilə tanış olub, sərbəst şəkildə nümunə və sınaqların götürülməsini həyata keçiriblər.

Şirkətin texnoloqları tələbələrin gördükləri işlərin təqdimat və müzakirəsində dinləyici kimi iştirak ediblər. Tələbələr həmçinin avadanlıqların yüklənməsi və emal müəssisələrinə daşınması prosesi ilə də tanış olublar. Müəssisənin mütəxəssisləri tələbələri gündəlik texniki-təhlükəsizlik qaydaları və ekoloji monitorinqlərin aparılması ilə bağlı təlimatlandırıblar.

Xəbərlər

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb

BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
28/10/2026

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026