BDU-nun Biologiya fakültəsinin tələbələri Lənkəran, Quba və Şamaxıda çöl-tədris təcrübəsində

31/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin IV kurs tələbələri Lənkəran, Quba və Şamaxıda çöl-tədris təcrübəsində olublar.

Lənkərandakı Qızılağac Dövlət Qoruğunda, Hirkan Milli Parkında, Şamaxı rayonunda, BDU-nun Qubadakı Tədris-təcrübə və istirahət Mərkəzində keçirilən təcrübə müddətində onurğalı və onurğasız heyvanlara aid müşahidələr aparılıb, ərazinin bitki və növ müxtəlifliyi barədə tələbələrə ətraflı məlumat verilib.

Lənkəranda çöl təcrübəsi prosesində tələbələr Qızılağac və Hirkan Milli parklarının flora, fauna növləri ilə yaxından tanış olub, son illər antropogen təsirlərin artması nəticəsində biosistemdə baş verən dəyişikliklər haqqında məlumat alıb, herbari hazırlamaq üçün materiallar toplayıblar.

Quba rayonu ərazisində dağ-meşə, meşə, çəmən və Qaraçay hövzəsinə aid müxtəlif ekosistemlərdə yayılmış onurğalı və onurğasız heyvanların, eləcə də bitkilərin biomüxtəlifliyi öyrənilib. Marşrut üsulu ilə Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən Çənlibel dağı istiqamətində, eləcə də Qaraçay hövzəsi boyunca müşahidələr aparılıb, ərazi üçün xarakterik olan onurğalı və onurğasız heyvanlara, bitkilərə aid nümunələr toplanılıb.

Şamaxı rayonunda isə N. Tusi adına Rəsədxananın ərazisində və ətrafında, Şamaxı-Dəmirçi-Lahıc yolu istiqamətində bitkiliklər müşahidə edilib, müxtəlif nümunələr toplanılıb, onurğalı və onurğasız heyvanlar tədqiq edilib.

Xəbərlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər

BDU tələbələri elmi tədqiqatlarda aktiv iştirak edirlər
14/01/2026

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək

BDU-da audiovizual mediada Azərbaycan dilinin saflığının qorunmasına dair Respublika elmi-praktik konfransı keçiriləcək
13/01/2026

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb

BDU-da “Aqrar sığorta” fənninin tədrisinə başlanılıb
12/01/2026