BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

09/06/2026

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin ”Biologiya”, “Su bioehtiyatları və akvakultura”, “Bitki mühafizəsi” ixtisasları üzrə təhsil alan IV kurs tələbələri Quba rayonunda çöl-tədris təcrübəsində iştirak ediblər.

Təcrübənin məqsədi tələbələrin nəzəri biliklərini praktik fəaliyyətlə əlaqələndirmək, onların flora və fauna növlərinin öyrənilməsi sahəsində tədqiqat bacarıqlarını inkişaf etdirmək olub.

Çöl-tədris təcrübəsi zamanı tələbələr müxtəlif bitki növlərindən nümunələr toplayıb, onların morfoloji xüsusiyyətlərini müşahidə edib, yayılma arealları və ekoloji əhəmiyyəti ilə tanış olublar. Həmçinin ərazidə rast gəlinən onurğalı və onurğasız heyvanların növ müxtəlifliyi, yaşayış mühiti və biologiyası üzrə müşahidələr aparıblar.
“Su bioehtiyatları və akvakultura” ixtisasının tələbələri yerli su hövzələrinin ekoloji vəziyyətinin qiymətləndirilməsi, su orqanizmlərinin müxtəlifliyinin öyrənilməsi və su ekosistemlərinin xüsusiyyətlərinin araşdırılması istiqamətində praktiki təcrübə qazanıblar. “Bitki mühafizəsi” ixtisası üzrə təhsil alan tələbələr isə kənd təsərrüfatı və təbii bitki örtüyündə müşahidə olunan zərərvericilər, xəstəlik törədiciləri və onlara qarşı mübarizə üsulları ilə bağlı araşdırmalar aparıblar.

Təcrübə çərçivəsində tələbələr biomüxtəlifliyin qorunması, ekoloji monitorinq üsulları, nümunələrin toplanması və ilkin emalı qaydaları barədə də praktiki biliklər əldə ediblər.

Çöl-tədris təcrübəsi tələbələrə əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etmək, təbii mühitdə müşahidə, analiz və qiymətləndirmə bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
27/08/2026

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib
27/08/2026