BDU-nun bir qrup kollektivi şəhid Manaf Bəhmənlinin ailəsini ziyarət edib

29/10/2021

Bakı Dövlət Universiteti (BDU) və YAP Yasamal Rayon Təşkilatının  bir qrup kollektivi BDU-nun Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Mexanika-riyaziyyat fakültəsinin məzunu Manaf Bəhmənlinin ailəsini və məzarını ziyarət ediblər. Ziyarətdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini Etibar Əhmədov YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, BDU Geologiya fakültəsinin dekan müavini, YAP Gənclər Birliyi İdarə heyətinin üzvü İlqar Quliyev, BDU Tələbə Gənclər Təşkilatının sədri Nicat İsmayılov, Mexanika-riyaziyyat fakültəsinin müəllim və tələbələri iştirak ediblər. Çıxış edənlər Manaf Bəhmənlinin Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. BDU-da təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Manafın həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub.

Şəhidin  valideynləri  diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və məhz dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini qeyd ediblər. Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər valideynləri kimi fəxr etdiklərini vurğulayıblar.

Qeyd edək ki, Manaf Bəhmənli Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb, Prezidentin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

Xəbərlər

Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edilib

Bakı Dövlət Universitetinə “QS 5 Stars” mükafatı təqdim edilib
06/11/2025

BDU-nun Kimya fakültəsində Zəfər Günü qeyd olunub

BDU-nun Kimya fakültəsində Zəfər Günü qeyd olunub
06/11/2025

BDU-da tədbir: “Zəfərə gedən yolun son addımı"

BDU-da tədbir: “Zəfərə gedən yolun son addımı"
06/11/2025