BDU-nun bir qrup kollektivi Masallı rayonunda şəhid Nurlan Əbilovun məzarını ziyarət edib

21/10/2021

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin bir qrup kollektivi Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış, Coğrafiya fakültəsinin 2020-ci il məzunu Nurlan Əbilovun Masallı rayonunun Şərəfə kəndində yaşayan ailəsi ilə görüşüb, məzarını ziyarət edib. Şəhidin ailə üzvləri və yaxınları ilə birgə onun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Coğrafiya fakültəsinin dekanı Şəkər Məmmədova Nurlan Əbilovun Vətən torpağı uğrunda düşmənə qarşı mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını vurğulayıb, onun əziz xatirəsinin ürəklərdə daim yaşayacağını bildirib.

Ziyarətdə çıxış edənlər Nurlan Əbilovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını, onun qəhrəmanlığının tələbə gənclərə nümunə olduğunu bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Nurlan Əbilovun həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.

Sonda Nurlan Əbilovun oğlu atası haqqında “Şəhid oğluyam” adlı şeir söyləyib.

Allah şəhidlərimizə rəhmət eləsin!

Xəbərlər

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək

BDU-nun 45 məzunu Dövlət Proqramı çərçivəsində xaricdə magistratura və doktorantura səviyyələri üzrə təhsillərini davam etdirəcək
28/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək komanda müəyyənləşib
28/07/2026

BDU rektoru abituriyentlərlə görüşüb

BDU rektoru abituriyentlərlə görüşüb
28/07/2026