BDU-nun bir qrup kollektivi Vətən Müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər

23/09/2021

Bakı Dövlət Universiteti  bir qrup kollektivi 27 sentyabr - Anım Günü ərəfəsində bu gün II Şəhidlər Xiayabanında 44 günlük Vətən Müharibəsi şəhidlərinin məzarını ziyarət ediblər. Ziyarətdə BDU-nun Geologiya, Tarix və Mexanika-riyaziyyat fakültəsinin müəllim-tələbə heyəti iştirak edib. Ziyarətdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin məzarları önünə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.

BDU əməkdaşları tələbələrə Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından, onların Azərbaycan xalqının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağından danışıblar.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026