BDU-nun bir qrup tələbəsi sertifikata layiq görülüb

08/04/2022

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində “Sudan səmərəli istifadənin metodları” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, dekan müavini İlqar Quliyev, Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov, kafedranın müəllimləri Ələkbər Mirzəyev və Günay Hüseynova, həmçinin fakültənin bir qrup tələbəsi iştirak ediblər.

Tədbirdə çıxış edən dekan Mamoy Mansurov layihənin mahiyyəti haqqında danışıb, fakültənin tələbələrinin də layihənin aktiv iştirakçıları olduğunu qeyd edib. Bildirib ki, qlobal iqlim dəyişikliyi fonunda yaranan içməli su problemi və onun həlli istiqamətləri dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə bu məsələ xüsusi vurğulanıb.

Daha sonra Hidrogeologiya və mühəndis geologiyası kafedrasının müdiri Bahadır Qələndərov çıxış edərək layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib. Bu tipli mövzularda tələbələrin daha aktiv iştirakının vacibliyini vurğulayan Bahadır Qələndərov müasir dövrün qlobal problemi olan suyun səmərəli istifadəsi üçün maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu söyləyib.

Sonda layihə iştirakçıları sertifikat və diplomlarla təltif olunublar.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026