BDU-nun “BSU Creativity Workz” komandası “TEKNOFEST - Girişim Yarışması”nın qalibi olub

03/09/2023

Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası “TEKNOFEST - Girişim Yarışması”nın final mərhələsində uğurla çıxış edərək, 3 qalib komandadan biri olub.

BDU-nun “BSU Creativity Workz” komandası yarışmada "Ağıllı nəqliyyat texnologiyaları" kateqoriyası üzrə bu ilin may ayında İstanbul şəhərində keçirilən “TEKNOFEST-2023” festivalında birinci yerə layiq görülən "Driver's Eye" layihəsi ilə çıxış edib.

Qeyd edək ki, "TEKNOFEST-Girişim Yarışması"nda 10 kateqoriya üzrə 2419 komanda yarışıb. Yarışın məqsədi keçmiş illərdə (2018 - 2023) TEKNOFEST festivalının müxtəlif kateqoriyalarında yarışaraq finalçı və ya qalib olan komandaların hazırladığı prototipləri, biznes ideyalarını istehsalata hazır son məhsula çevirmək, onların beynəlxalq bazara çıxışını, investorlarla görüşünü təmin etməkdir. Keçirildiyi illər ərzində "TEKNOFEST - Girişim Yarışması" vasitəsilə Türkiyədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 121 şirkət qurulub.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026