BDU-nun buraxılış kurs tələbələrinin istehsalat təcrübələri başlayır

16/02/2026

Fevralın 16-dan Bakı Dövlət Universitetinin (BDU)  buraxılış kurs tələbələrinin müxtəlif müəssisə və təşkilatlarda istehsalat  təcrübələri başlayır.

Bu təşkilatların arasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətandaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi,  AMEA-nın elmi-tədqiqat institutları, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, “BP-Azərbaycan”,  Ombudsman Aparatı, yerli  TV və radiolar, kütləvi informasiya vasitələri, daxili turizm şirkətləri, “AzerGold” QSC, “Agro Bitki Klinikası” MMC, “Azər Maya” MMC, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Ekoturizm Assosiasiyası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasına, “Azerbaijan International Mining Company Limited” Şirkəti, “Miniso” CO MMC şirkəti, Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, “Psychological Wellness Clinic” MMC və s. kimi qurum və təşkilatlar yer alır.

İstehsalat təcrübələrində BDU-nun 1500-ə yaxın buraxılış kurs tələbəsi iştirak edəcək.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026